İliç Ayxan Abbasovdan üzr istəyib – VİDEO

Premyer Liqanın XIII turunun “Şamaxı” – “Sumqayıt” oyununun sonlarında Ayxan Abbasovla Saşa İliç arasında mübahisə yaşanıb.

Futbolpress.az xəbər verir ki, İliç komandasının bərabərlik qolundan sonra həmkarına qarşı jest edib və bundan sonra qarışıqlıq düşüb.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra jurnalistlərə açıqlamasında İliçin üzrxahlıq etdiyini bildirib:

“İliç oyundan sonra böyüklük göstərdi və üzrxahlığını bildirdi və biz də qəbul etdik”.

“Şamaxı” “Sumqayıt”a 1:2 hesabıyla uduzub.

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir