Banqladeşdə qələbə

Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, millimiz paytaxt Dəkkədə Malayziya yığması ilə qarşılaşıb. Milli Stadionda təşkil olunan matç 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Qeyd edək ki, millimiz turnir çərçivəsində son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.

Oyun Bakı vaxtı ilə 17:00-da başlayacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir