UEFA “Qarabağ”ı cərimələdi

“Qarabağ”ın U-19 komandası cərimələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Səbəb U-19 komandasının UEFA Gənclər Liqasında “Çelsi”nin U-19 kollektivi ilə matçda azarkeşlərdən birinin irqçilik etməsi olub. “Qarabağ” fanatına görə 5 min avro cərimələnib.

Eyni zamanda U-19-a bir oyunu azarkeşsiz keçirmə cəzası verib. Bu qərar isə şərtidir və sınaq müddəti 1 ildir.

“Qarabağ” U-19 – “Çelsi” U-19 oyunu qonaqların 5:0 hesablı qələbəsiylə başa çatıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir