“Sabah” icarə əsasında komandada çıxış edən Umaralı Raxmonaliyevin transfer hüquqlarını almaq istəyir.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, özbəkistanlı yarımmüdafiəçi də “bayquşlar”da qalmaq arzusundadır.
Umarali müqavilə ilə Rusiyanın “Rubin” klubuna məxsusdur. Oyunçu ötən ilin yanvarında bir illik “Sabah”a icarəyə verilib. Tərəflər arasında müqavilədə “futuristlər”in oyunçunun transfer hüquqna sahib olması barədə bənd də var.
“Sabah” yaxın zamanda Kazan təmsilçisi ilə danışıqlara başlayacaq.
Umarali bu mövsüm Premyer Liqada 9 oyunda 1 məhsuldar ötürmə edib.
Şahin Cəfərov
