Ertem Şenerdən Qurban Qurbanova hədiyyə

Türkiyəli məşhur şərhçi Ertem Şener bu gün “Qarabağ” klubunun bazasını ziyarət edib.

Futbolpress.az xəbər verir ki, jurnalist komananın baş məşqçisi Qurban Qurbanovla görüşüb və ona Türkiyə millisinin imzalı formasını və topunu hədiyyə edib.

44 nömrəli forma  44 günlük Vətən müharibəsinə həsr edilib ki, Q.Qurbanov belə bir hədiyyənin çox dəyərli olduğunu bildirib. Q.Qurbanov həmçinin,  Türkiyənin millisinə DÇ-2026-nın pley-off oyunlarında, klublarına isə avrokuboklarda uğurlar arzulayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir