Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında bu həftənin oyunlarından sonra ölkələrin reytinq cədvəlində dəyişiklik olub.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Napoli”yə uduzan “Qarabağ” reytinqə bu dəfə töhfə verə bilməyib.
Azərbaycan bununla da bir pillə geriləyib. Ölkə 22.250 xalla 26-cı sırada qərarlaşıb. Ukrayna təmsilçisi “Şaxtyor” Konfrans Liqasında “Şemrok”a qalib gəlməklə (2:1) reytinqdə 0.500 xal qazandırıb və Ukrayna 22.350 xala çataraq Azərbaycanı ötüb və 25-ci sıraya yüksəlib.
27-ci pillədəki Sloveniyanın isə 22.219 xalı var.
Reytinqə 101.672 xalla İngiltərə başçılıq edir.
