“Ançelotti ilə uzunmüddətli əməkdaşlıq üçün bütün şərtlər yaradılıb”

Braziliya Futbol Konfederasiyasının prezidenti Samir Haud milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə yeni müqavilə imzalamaq ehtimalı barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uzunmüddətli əməkdaşlıq qura biləcəklərinə inandığını söyləyib:

“Ançelotti hər şeyin hər iki tərəfdən asılı olduğunu dedi. İnanıram ki, uzunmüddətli əməkdaşlığı qura biləcəyik. Bunun üçün bütün şərtlər yaradılıb”.

Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2026-cı ildə başa çatacaq və əməkdaşlıq 2030-cu ilə qədər uzadıla bilər.

İtaliyalı mütəxəssis mayda Braziliya millisinin başına keçib. Komanda onun rəhbərliyi altında 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir