“Pley-off qapısı” Bakıda açıla bilər

Çempionlar Liqasında V tur başa çatıb.

Futbolpress.az xəbər verir ki, “Napoli”yə uduzan “Qarabağ” turu 19-cu sırada başa vurub. Aktivində 7 xal olan “atlılar” növbəti turdakı rəqibi “Ayaks”dan 7, Frankfurt “Ayntraxt”dından 3 xal öndədir. “Qarabağ”ın sonuncu rəqibi “Liverpul” isə eniş dönəmindədir, lakin komanda ÇL-də 9 xalla 13-cüdür.

“Qarabağ”a pley-off mərhələsinə vəsiqə almaq üçün “24-lük”də olmaq lazımdır. İndiki məqamda şanslar təmsilçimizin öz əlindədir. “Qarabağ” ardıcıl iki ev oyununu Bakıda keçirəcək. Uğursuz dönəm keçirən “Ayaks”ı məğlub etmək çətin olmamalıdır. Rəqibdə xaotik vəziyyət var və “Qarabağ” azarkeşləri önündə “Amsterdam səddini” aşa bilər.

“Ayntraxt”dan Bakıda alınacaq azı bir xal isə “Qarabağ” üçün “pley-off” qapısını açacaq. 25-ci pillədə qərarlaşan “Yunion”un 6, 26-cı “Brügge”nin isə 4 xalı var. Aradak fərqə nəzərən “Qarabağ”ın Bakıdakı növbəti qələbəsi komandanın turnirdəki taleyini həll edə bilər.

“Qarabağ” “Ayaks”la dekabrın 10-da üz-üzə gələcək.

Şahin Cəfərov

 

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir