
“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Çempionlar Liqasının 5-ci turunda “Real”a 3:4 hesablı məğlubiyyəti şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Komanda matça yaxşı başladı. Yekun hesab “Olimpiakos”un xeyrinə 4:3 ola bilərdi. İlk qolu əla vurduq, amma “Real”ın bərabərlik qolu bizi heyrətləndirdi. Komanda sona qədər mübarizə apardı. Rəqib sonda müqavimət göstərməli oldu ki, bu da bizim səyimizi göstərir”.
Yunanıstan klubunun cəmi 2 xalı var və hazırda Çempionlar Liqasının ümumi turnir cədvəlində 33-cü yerdədir.
