
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında “Bayern” üzərində 3:1 hesablı qələbəni şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Münhen klubunu Avropanın ən yaxşı komandası adlandırıb:
“Oyunçularımızı tərifləməliyəm, çünki onlar mənim fikrimcə, Avropanın ən yaxşı komandasına qarşı fantastik oyun göstərdilər.
Hər bir oyunçu bu rəqibin qarşımıza qoyduğu çətinliklərin öhdəsindən gəlməkdə inanılmaz dərəcədə mühüm rol oynadı. Üstəlik, onlar hər matça nə qədər çətin hazırlaşdığımızı bilirlər. Komandalar arasındakı fərqin çox az olduğunu başa düşürük.
“Tottenhem”i məğlub etdik və indi “Bayern” üzərində vacib qələbəmiz var. Amma hələlik bu qədər. “Çelsi” ilə oyuna hazırlaşmağa başlayırıq”.
