PSV-nin baş məşqçisi “Qarabağ”ın rəqibi haqda: “Real” səviyyəsindədir”

PSV-nin baş məşqçisi Peter Boş UEFA Çempionlar Liqasının 5-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmaya dair gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Liverpul”un dünyanın ən böyük klublarından biri olduğunu bildirib:

“Liverpul” dünyanın ən böyük klublarından biridir, “Real” və “Barselona” ilə eyni səviyyədədir. Onun tarixi, stadionu, azarkeşləri – həqiqətən böyük klub olduğunu göstərir”.

Niderland təmsilçisi Çempionlar Liqasında 4 turdan sonra 5 xalla turnir cədvəlinin 23-cü pilləsində qərarlaşıb. “Liverpul” isə 9 xalla 8-cidir.

“Liverpul” – PSV matçı bu gün saat 00:00-da start götürəcək.

“Liverpul” ” Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir