Pirlo “Qarabağ”ın çıxış etdiyi turnirin favoritlərini açıqladı

“Yuventus”un və İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Pirlo UEFA Çempionlar Liqasının bu mövsüm üçün əsas favoritlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, sosial şəbəkdə yayımlanan videoda “Çempionlar Liqasını qazanmaq uğrunda üç favorit kimdir” sualına italiyalı sabiq futbolçu belə cavab verib:

“‘Liverpul”, “Barselona” və PSJ”.

Cari mövsümün Çempionlar Liqasının finalı 2026-cı il mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Turnirin hazırkı qalibi PSJ-dir. Parislilər finalda “İnter”i darmadağın etmişdilər – 5:0.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir