Özbəkistanlı dünya kubokunu qazandı

Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə dünya kubokunun qalibi məlum olub.

Futbolpress.az xəbər verir ki, Özbəkistan təmsilçisi Javohir Sindarov birinci olub. O, final görüşünün tay-breykində çinli rəqibi Vey İ ilə dueldən qalib ayrılıb.

Sindarov, Vey İ və yarışı üçüncü sırada bitirən rusiyalı Andrey Yesipenko 2026-cı ildə keçiriləcək İddiaçılar Turnirində iştirak etmək hüququna yiyələniblər.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir