Mətbuat Neymarın atasını hirsləndirib

“Santos”un və Braziliya millisinin hücumçusu Neymarın atası ölkə mətbuatında yayılan iddialara münasibət bildirib. Xəbərlərdə futbolçunun menisk (diz oynağında yerləşən qığırdaqdan ibarət hissə) zədəsi səbəbindən bu il meydanlara qayıda bilməyəcəyi qeyd olunur.

Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun atası bu xəbərlərə fikir vermədiklərini söyləyib:

“Nə onun zədəsi, nə də deyilənlər barədə hansısa bir məlumatımız var. Neymar tibbi müayinədən keçib, biz isə hələ nəticələri gözləyirik. Bu, absurddur. Biz bu xəbərlərə fikir vermirik. Mən nəticələr olmadan suallara necə cavab verə bilərəm? Elə bil siz məndən çox şey bilirsiz! Bildiyim tək şey odur ki, o, narahatlıq hiss etdiyi üçün müayinədən keçdi. Müayinə oldu, amma hələ məlumat yoxdur, mətbuat isə nədənsə bizdən və oğlumdan əvvəl bilir”.

Neymar cari mövsümdə Braziliya çempionatında 17 oyunda iştirak edib, 4 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda başa çatacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir