
“İnter”in baş məşqçisi Kristian Kivu bildirib ki, komandası “Atletiko” ilə UEFA Çempionlar Liqası matçından əvvəl derbidəki məğlubiyyətə layiqincə cavab verməlidir. Onun komandası İtaliya A Seriyasının 12-ci turunda “Milan”a 0:1 hesabı ilə məğlub olub.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, rumıniyalı çalışdırıcı oyun tərzlərini rəqiblərinə tətbiq etməli olduqlarını deyib:
“Bu, Çempionlar Liqası matçıdır və biz müsbət tempimizi davam etdirməliyik. Yaxşı münasibət saxlamalı və oyun tərzimizi rəqiblərimizə tətbiq etməliyik. Nəzarətdə düzgün işləməli və topu daha sürətli hərəkət etdirməliyik. Oyunçular son mərhələdə daha təmkinli olmalıdırlar”.
“Atletiko” – “İnter” qarşılaşması bu gün, saat 00:00-da start götürəcək.
