
“Barselona”nın müdafiəçisi Erik Qarsiya Çempionlar Liqasında “Çelsi”yə 0:3 hesablı məğlubiyyət haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:
“Yaxşı başladıq və bir neçə dəfə qol vura bilərdik. İkinci hissədə öz gücümüzü qorumağa çalışdıq, amma hesab 0:2 olanda hər şey bitdi. “Çelsi” bizi təzyiq altına saldı və biz uyğunlaşa bilmədik. Daim topun arxasınca qaçmalı olduq. Bu tip oyunlarda daha rəqabətli olmalıyıq. Təkbətək, ribaundlar… Güclənmədən qalib gələ bilməzsən”.
