“Barselona”nın idarəetmə modeli mənim istədiyim tərzdə deyil”

“Bayern”in fəxri prezidenti Uli Höness “Barselona”nın maliyyə vəziyyətini tənqid edib.

Komanda.az OMR podkastına istinadən xəbər verir ki, o, klubun 1,3 milyard avrodan çox borcunun absurd və dözülməz olduğunu bildirib:

“Belə borcla hansısa ölkədə yüksək liqada təhlükəsiz oynaya bilməzlər, amma burada heç bir şey olmur. “Barselona”nın idarəetmə modeli mənim istədiyim tərzdə deyil. Bu, “Bayern”dəki sistemin tam əksidir və Avropadakı digər klublar üçün nümunə ola biləcək möhkəm iqtisadi vəziyyətimizlə ziddiyyət təşkil edir. Etibarlı menecment və sağlam iqtisadiyyatla idman səviyyəsi riskli maliyyə manevrlərinə bağlı deyil. Almaniyadakı ciddi lisenziyalaşdırma qaydaları və auditorların təzyiqi 1,3 milyard avro borcu olan klub üçün dərhal fəsadlar yaradar”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir