“Yamal və Estevao dünyanın ən yaxşı futbolçuları arasında olacaq”

“Barselona”nın vingeri Rafinya UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək “Çelsi” ilə oyundan əvvəl həm komanda yoldaşı Lamin Yamal, həm də londonluların futbolçusu Estevao haqqında fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçu, Yamal və Estevaonun inanılmaz səviyyəli oyunçular olduğunu bildirib:

“Yamal və Estevao inanılmaz səviyyəli oyunçulardır. Onlar dünyanın ən yaxşı futbolçuları arasında olacaq. Böyük istedada malikdirlər. Hər şey onların öz əlindədir. Doğru yoldadırlar və həm komandalarında, həm də yığmalarında mövqelərinin ən yaxşısı ola bilərlər”.

“Çelsi” – “Barselona” oyunu bu gün İngiltərədə keçiriləcək. Qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir