Ronaldo tacikləri məyus edib

“İstiqlol” klubunun baş direktoru Şahzod Sulaymanov Asiya Çempionlar Liqasının növbəti qarşılaşması öncəsi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Düşənbədəki oyuna gəlməməsi barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı futbolçunun səfər matçlarında iştirak etmədiyini və bunun tacikistanlı azarkeşlər üçün böyük məyusluq yaratdığını bildirib:

“Ronaldo Tacikistana, “İstiqlol”la oyuna gəlmədi. O, komandanın səfər görüşlərinə çıxmır. Daha əvvəl Hindistana və İraqa da getməmişdi. Biz çox məyusuq”.

“İstiqlol” – “Əl-Nəsr” qarşılaşması sabah Tacikistanda keçiriləcək.

40 yaşlı Ronaldonun Səudiyyə Ərəbistanı klubuyla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir