“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin V turunda bu gün “Napoli”nin qonağı olacaq.
Futbolpress.az-ın məlumatına görə, Neapol klubu Çempionlar Liqasında keçirdiyi son 19 ev oyununda cəmi 1 dəfə uduzub. Komanda digər görüşlərdə 11 qələbə qazanıb, 7 heç-heçə edib.
“Qarabağ” isə bu mövsüm avrokuboklarda 10 oyunda 2 dəfə uduzub, 7 dəfə qələbə qazanıb. “Atlılar”ın yeganə heç-heçəsi “Çelsi”yə qarşı olub – 2:2.
“Qarabağ” buna qədər İtaliya komandalarına qarşı 6 oyuna çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “İnter”, “Roma” və “Fiorentina” ilə iki dəfə üz-üzə gəlib. “Qrabağ”ı bu matçlarda qələbəsi yoxdur – 1 heç-heçə, 5 məğlubiyyət.
“Qarabağ” ilk dəfə “Napoli” ilə üz-üzə gələcək. Matç saat 00:00-da start götürəcək.
Şahin Cəfərov
