ÇL: Kurtua “Olimpiakos”la matçı buraxa bilər

“Real”ın qapıçısı Tibo Kurtua xəstəlik səbəbindən UEFA Çempionlar Liqasının 5-ci turunda səfərdə “Olimpiakos”la keçiriləcək oyunu böyük ehtimalla buraxacaq.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper bu gün məşq başlamadan əvvəl klubun bazasını tərk edib.

Kurtuada qastroenterit (mədə və bağırsaqların iltihabı) aşkarlanıb. Bu səbəbdən onun komanda ilə birgə sabahkı matç üçün səfərə çıxmayacağı ehtimal olunur.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir