ÇL: Flik “Çelsi”nin baş məşqçisinə haqq qazandırdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Çelsi”nin çalışdırıcısı Enzo Mareskanın fikirlərinə münasibət bildirib.

Əvvəlcə Mareska Pep Qvardiolanın “Barselona”sını yüksək qiymətləndirdiyini söyləmişdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Mareskanın haqlı olduğunu bildirib:

“Pepin “Barselona”sının oyun tərzini izləyərkən hər kəs bu komandaya aşiq olmuşdu. O, bir çox məşqçiyə məşq prosesində və ya futbol fəlsəfəsi yaratmaqda düzgün yolu göstərdi. Qvardiolanı təkrarlamaq mümkün deyil… O, inanılmazdır, ən yaxşı məşqçidir və Mareska haqlıdır: bir çox məşqçi onun yolunu izləyib”.

“Barselona” bu gün UEFA Çempionlar Liqasının 5-ci turunda, səfərdə “Çelsi” ilə qarşılaşacaq. Matçın start fiti saat 00:00-da start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir