Premyer Liqanın “qorxulu qonağı”

“İmişli” Premyer Liqada 12 turda 4 qələbə qazanıb. Dünən səfərdə “Neftçi”ni məğlub edən bölgə təmsilçisi çempionatda sürprizlərinə davam edir.

Mövsüm başlamazdən əvvəl autsayder göstərilən, haqqında tez-tez neqativ fikirlər səsləndirilən “İmişli” nəticələri ilə adından müsbət mənada söz etdirir. Komanda nizamlı oyunu, kompakt müdafiəsi ilə diqqət çəkir.

Maraqlı məqamlardan biri də odur ki, bölgə təmsilçisi 12 turda qazandığı qələbələrin hər biri səfərdə olub. “Sabah”, “Neftçi” kimi komandalardan üç xal qoparan “İmişli” liqada qalmaq uğrunda əsas rəqibləri “Kəpəz” və “Karvan-Yevlax”a da üç cavabsız qolla qalib gəlib.

“İmişli” çempionatda 15 xalla 7-ci sıradadır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir