İranlı futbolçu spirtli içkinin güdazına getdi

İranın “Esteqlal” klubunun müdafiəçisi Armin Sohrabian oyunlardan kənarlaşdırılıb.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, səbəb iranlı futbolçunun əlində şərab stəkanı tutduğu videonun yayılmasıdır. İranda 1979-cu ildən etibarən alkoqol istehlakı qadağandır.

Video yerli hüquq-mühafizə orqanlarının etirazına səbəb olub. Sohrabian klub və intizam komitəsi qarşısında izahat verməli olacaq.

30 yaşlı futbolçu sosial şəbəkə hesabında bildirib ki, video illər əvvəl çəkilib və yayımlayan şəxs onunla konflikt yaşamış biridir. O, “Sepahan”la çempionluq, “Esteqlal”la isə 2 kubok qazanıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir