Final üçün taybrek olacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Qazaxıstan komandası ilə üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında baş tutan iki görüş də heç-heçə başa çatıb – 2:2. Qalib sabah keçiriləcək taybrek nəticəsində məlum olacaq.

Millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Dünya çempionatı noyabrın 23-də başa çatacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir