DÇ-2026: “Slovakiyanı məğlub etmək gücümüz var”

2026-cı il dünya çempionatının pley-off mərhələsinin yarımfinal cütünə çıxan Kosovo millisi Slovakiya yığması ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Kosovo millisinin baş məşqçisi Franko Foda UEFA və FİFA-nın rəsmi saytına açıqlamasında Slovakiyanın son oyunlarda, həmçinin, Almaniyaya qarşı ev matçında 2:0 hesabı ilə qalib gələrək güclü tərəf olduğunu sübut etdiyini bildirib:

“Bu, çətin səfər oyunu olacaq, amma biz də yaxşı oynaya bilərik. Yaxınlarda İslandiya, Sloveniya və İsveç millilərini səfərdə məğlub etmişik. Matçı səbirsizliklə gözləyirik. Bu, gərgin qarşılaşma olacaq, amma Slovakiyanı məğlub etmək gücümüz var”.

Kosovo millisi seçmə mərhələdə qrup ikincisi olaraq İsveçrədən geri qalıb. Slovakiya isə Almaniyadan sonra ikinci olub. Pley-off matçları 2026-cı ilin martında keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir