Byelsa milli komandadan ayrılmaq fikrində deyil

Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa postundan ayrılmaq niyyətində deyil.

Son günlər argentinalı mütəxəssisin mümkün gedişi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, 70 yaşlı çalışdırıcı vəziyyətə aydınlıq gətirib.

Byelsanın Uruqvay Futbol Assosiasiyası ilə müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Federasiya rəhbərliyinin əməkdaşlığı davam etdirməkdə tərəddüd etdiyi bildirilir. Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, buna baxmayaraq, o, özünü hələ də enerjili və işə hazır hesab etdiyini açıqlayıb:

“Mən hələ də güclüyəm və dünya çempionatına hazırlıq ərəfəsində Uruqvay millisi ilə işləməyə hazıram. Amma futbolçular mənim getməyimi istəyirlərsə, bunu şəxsən deyə bilərlər”.

2023-cü ilin mayından Uruqvay millisinə rəhbərlik edən Marselo Byelsa komandası ilə birlikdə DÇ-2026-ya vəsiqə qazanmağı bacarıb. Onlar Cənubi Amerika zonasında seçmə mərhələni turnir cədvəlinin 4-cü pilləsində başa vurublar.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir