
“Rosario Sentral”ın futbolçusu Anxel di Mariya tezliklə məşqçilik karyerasına başlamaq niyyətində olduğunu etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələlik bunun nə vaxt olacağını bilmir, amma artıq özünü məşqçi kimi təsəvvür edir:
“Leandro Paredeslə (argentinalı futbolçu) məşqçi heyətinin qurulması üzərində işləyirəm. Lisenziya almaq üçün məşqçilik kursuna gedirəm. Komandalarımız ölənə qədər 4-3-3 sxemi ilə oynayacaqlar. Leandro ilə mən artıq bu barədə müzakirə aparmışıq. Təqaüdə çıxdıqdan sonra “Rosario Sentral” və “Boka Xuniors” komandalarını məşq etdirmək istəyirik”.
Argentina millisinin sabiq üzvü olan 37 yaşlı futbolçu iyul ayında “Benfika”dan “Rosario Sentral”a keçib.
