
İsveç millisinin baş məşqçisi Qrem Potter DÇ-2026-nın seçmə mərhələsinin pley-off mərhələsinin püşkatmasının nəticələrini şərh edib. İsveç millisi bu mərhələdə Ukrayna ilə qarşılaşacaq.
Komanda.az “Aftonbladet”-ə istinadən xəbər verir ki, Potter oyunları səbirsizliklə gözlədiklərini deyib:
“İndi kiminlə oynayacağımızı bilirik və həqiqətən də bunu səbirsizliklə gözləyirik. Qarşılaşmaya qədər çox vaxtımız var. Bütün səfər matçları çətin keçir, amma şanslıyıq: Ukraynanı keçsək, həlledici oyun İsveç torpağında oynanacaq”.
Bu cütün qalibi finalda Polşa və ya Albaniya ilə qarşılaşacaq.
