DÇ-2026: “Pley-offda ən güclü komandalardan birinə qarşı mübarizə aparacağıq”

Ukrayna Futbol Assosiasiyasının prezidenti, “Milan”ın və “Çelsi”nin keçmiş futbolçusu Andrey Şevçenko dünya çempionatının pley-off mərhələsinin püşkatmasını şərh edib. Ukrayna millisi martda İsveçlə, püşkatmanın qalibi isə finala vəsiqə uğrunda Polşa və ya Albaniya ilə qarşılaşacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Şevçenko ən güclü komandandalardan biri ilə qarşılaşacaqlarını deyib:

“Pley-offa yüksələn bütün komandalar güclüdür. Amma biz ən güclülərdən birinə qarşı mübarizə aparacağıq. Ona görə də, ciddi hazırlaşmalıyıq. Dünya çempionatına vəsiqə qazanmaq istəyiriksə, səviyyəmizi yüksəltməliyik”.

Ukrayna millisi seçmə mərhələnin qrupunda Fransadan sonra ikinci yeri tutub və son oyunda İslandiya üzərində 2:0 hesablı qələbə qazanaraq, pley-offa vəsiqəni təmin edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir