“Qəbələ” İK və “Kəpəz” PFK arasında imzalanmış müqavilənin müddəti tərəflərin qarşılıqlı razılıq əldə etməməsi səbəbindən uzadılmayıb.
Futbolpress.az xəbər verir ki, müqavilənin müddətinin uzadılmamasını, “Kəpəz” klubunun müraciətini, “Karvan-Yevlax” klubunun razılıq məktubunu nəzərə alaraq Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 13-cü turundan etibarən “Kəpəz” klubunun ev oyunlarının Yevlax şəhər stadionunda keçirilməsinə qərar verib.
