Skip to content
  • Ana Səhifə
  • Azərbaycan Futbolu
  • Dünya Futbolu
  • Digər İdman Növləri

AFFA rəsmisi UEFA seminarında

20 Noyabr 2025

AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.

Futbolpress.az xəbər verir ki, iclasda UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər, klub sahibliyi ilə bağlı məsələlər, UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi, UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması və UEFA-nın tibbi və antidopinq tələbləri ilə bağlı mövzular müzakirə olunub.

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

source

Kateqoriya: Azərbaycan Futbolu
Əvvəlki xəbərReytinq: milli gerilədi
Sonrakı xəbərEyyubov: “Gələcəyə nikbin baxırıq”

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Haqqımızda

Trend.futbol — futbol və ümumilikdə idmanla bağlı yüksək keyfiyyətli xəbərlər təqdim edən media platformasıdır. Platformamız Azərbaycan və dünyadan gündəlik təzə xəbərləri, analizləri və maraqlı məqalələri oxuculara çatdırır.

Əsas Kateqoriyalar

Azərbaycan Futbolu Digər İdman Növləri Dünya Futbolu Trend
2025 @ Trend Futbol | Viral News .