Tarixin ən böyük futbolçusu odur – ABŞ prezidentinə görə

ABŞ-ın prezidenti Donald Tramp “Ağ Ev”də Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo ilə görüşüb.

Komanda.az “Fox News”-ya istinadən xəbər verir ki, dövlət başçısı “Əl-Nəsr”in 40 yaşlı hücumçusu barədə qısa, ancaq diqqətçəkən fikirlər səsləndirib. O, Ronaldonu “tarixin ən böyük futbolçusu” adlandırıb.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanı çempionatında çıxış edir. Onun “Əl-Nəsr”lə mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Portuqaliyalı futbolçu cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 8 matça çıxıb, 9 qola və 1 məhsuldar ötürməyə imza atıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir