Qələbə görməyənlər – milli də siyahıdadır

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi başa çatıb.

Futbolpress.az xəbər verir ki, qrup birinciləri mundiala birbaşa vəsiqə qazanıb, ikincilər isə pley-off oynayacaq.

D qrupunda yer alan Azərbaycan yığması bir xalla qrupu sonuncu bitirib. Milli seçmə mərhələdə qələbə qazana bilməyən 10 komanda arasında yer alıb.

Digər qələbəsiz komandalar: Lüksemburq, İsveç, Belarus, Litva, San Marino, Moldova, Lixtenşteyn, Andorra və Cəbəllütariq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir