
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026 üçün Neymarın mümkün çağırışı barədə fikirlərini bölüşüb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neymarın vəziyyətini belə şərh edib:
“Neymar zədəsini sağaldıb və onun formaya qayıtması üçün altı ay vaxtı var. Braziliya çempionatı bitdikdən sonra o, istirahət edəcək. Turnirlər yenidən başlayanda həm fiziki hazırlığını, həm də keyfiyyətlərini göstərmək imkanı qazanacaq”.
33 yaşlı hücumçu iki ildən çoxdur ki, Braziliya millisinə çağırılmır. O, yığmada ümumilikdə 128 oyunda 79 qol vurub və 59 məhsuldar ötürmə verib.
