Maklaren istefa verdi

Yamayka millisinin baş məşqçisi Stiv Maklaren istefa verib.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsi olub.

Amerika zonası üzrə seçmə mərhələnin B qrupunda Kurasao ilə qolsuz bərabərliklə bitən oyundan sonra Yamaykanın DÇ-2026-nın əsas mərhələsində iştirak şansı qalmayıb.

Kurasao seçmə mərhələni 12 xalla lider başa vurub. Yamayka millisi isə 11 xalla ikinci olub. Trinidad və Tobaqo 9 xalla üçüncü, Bermud 0 xalla sonuncu – 4-cü yerdə qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir