
Dekabrın sonunda Dubayda (BƏƏ) “Globe Soccer Awards” mükafatlandırma mərasimi keçiriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərasimdə 2025-ci ilin ən yaxşı yarımmüdafiəçisi elan olunacaq.
Namizədlər siyahısına 15 tanınmış futbolçu daxildir:
Nikolo Barella (İnter), Çud Bellingem (Real), Desire Due (PSJ), Fermin Lopes (Barselona), Aleksis Makallister (Liverpul), Skott Maktominey (Napoli), Joao Neveş (PSJ), Martin Edeqor (Arsenal), Mikael Olise (Bayern), Koul Palmer (Çelsi), Pedri (Barselona), Deklan Rays (Arsenal), Federiko Valverde (Real), Vitinya (PSJ) və Florian Virts (Liverpul).
Ötən il bu mükafata İngiltərə millisinin və “Real”ın yarımmüdafiəçisi Çud Bellingem layiq görülmüşdü. Mərasim 28 dekabr tarixində baş tutacaq.
