21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, millimiz səfərdə Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş yığmanın qələbəsiylə başa çatıb – 1:0
18 noyabr
Cəbəllütariq (U-21) – Azərbaycan (U-21) 0:1
Qol: Murad Məmmədov, 54
“Europa Point Stadium”. Saat 22:00
Baş hakim: Andrei Çivulete
Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mihaita Nekula
Dördüncü hakim: George Katalin Roman
(Hakimlər briqadası Rumıniyadandır)
