ABŞ prezidenti Ronaldo ilə görüşdən sonra: “Oğlum indi mənə daha çox hörmət edir”

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Ağ Ev”də ABŞ prezidenti Donald Trampın qonağı olub.

40 yaşlı futbolçu Trampın dəvəti ilə “Ağ Ev”də şam yeməyində iştirak edib və prezidentin 19 yaşlı oğlu Berron Trampla tanış olub.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Tramp Ronaldonun Berronla tanış olmasının çox xoş olduğunu bildirib:

“Ronaldonun Berronla tanış olması çox xoş oldu. Mənə elə gəlir ki, oğlum indi mənə daha çox hörmət edir, çünki onu Kriştiano ilə tanış etdim (gülür)”.

Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir