“Türkiyə ilə oyun bizim üçün təkcə prestij məsələsi deyil”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Türkiyə yığmasına qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı qalib gəlmək istədiklərini bildirib:

“Türkiyə ilə oyun bizim üçün təkcə prestij məsələsi deyil. Biz dünya çempionatına yollanmaq istəyirik və azarkeşlərimiz qarşısında məsuliyyət daşıyırıq. Birinci yerdən birbaşa vəsiqəni demək olar ki, təmin etmişik. Məqsədimiz məğlubiyyətsiz seriyamızı 31-ə çatdırmaqdır. Qalib gəlmək istəyirik. Futbolçularımın vəziyyəti çox yaxşıdır. Heç bir rotasiya olmayacaq. Oyunu qazanmaq üçün ən yaxşı heyətimizlə meydana çıxacağıq”.

İspaniya millisi 15 xalla qrup lideridir, Türkiyənin hesabında 12 xal var. Gürcüstanın 3 xalı var, Bolqarıstan isə xalsızdır.

Türkiyə millisi yalnız 7 və daha artıq fərqlə qələbə qazanacağı təqdirdə, İspaniyanı turnir cədvəlində keçmək şansını qoruyub saxlayır.

İspaniya – Türkiyə matçı saat 23:45-də start götürəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir