Ronaldo ABŞ prezidenti ilə görüşəcək

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ABŞ-a səfər edəcək.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu sabah Vaşinqtondakı “Ağ Ev”də ABŞ prezidenti Donald Trampla görüşəcək.

40 yaşlı hücumçu Portuqaliya millisinin DÇ–2026-nın seçmə mərhələsindəki son matçında iştirak etməyib. Komanda onun iştirakı olmadan Ermənistan yığmasını 9:1 hesabı ilə məğlub edərək, mundiala birbaşa vəsiqə qazanıb.

Görüş 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlıdır. Həmçinin, ABŞ və Portuqaliya millilərinin DÇ-dən əvvəl yoxlama matçı keçirməsi də müzakirə olunacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir