Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt oyununda ən tez qol buraxan ikinci qapıçı olub.
Şevalye Azərbaycan millisi ilə matçda 4-cü dəqiqədə qapısında top görüb.
Sonuncu dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda italyanlardan 4-cü dəqiqədə qol buraxmışdı.
Bakıda keçirilən Azərbaycan – Fransa oyunu qonaqların qələbəsiylə başa çatıb – 3:1.
