Bəhlul: “Düzgün yoldayıq”

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransaya uduzub – 1:3.

Futbolpress.az xəbər verir ki, yığmanın müdafiəçisi Bəhlul Mustafazadə matçdan sonra “CBC Sport”a açıqlamasında bunları deyib:

“Oyunun çətin olacağını bilirdik. Rəqib daha çox hücum edəcəkdi. İlk qolu vursaq da, hesabı qorumaq çətin oldu. Bu oyunda Fransadakı matçdan daha yaxşı oynadıq.

Fransızlar rotasiyalar etsə də, hər oyunçu Avropanın top klublarında oynayır. Onlar da motivasiyalı idi. Layiqli mübarizə aparmağa çalışdıq. Düşünürəm ki, düzgün yoldayıq. Daha yaxşı olmaq üçün zaman lazımdır”.

Bəhlul “Qarabağ”la milli komandanın oyun üslubunu müqayisə edib:

“Qarabağ”da oynayanda daha çox hücum edən bizik. Amma millidə daha çox müdafiə olunuruq. Belə rəqiblərə qarşı müdafiə olunmaq bizə faydalıdır. Özümüz də artırmalıyıq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir