Millinin oyunu rumınlara tapşırıldı

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də Bakı vaxtı ilə saat 22:00-da “Europa Point Stadium”da keçiriləcək Cəbəllütariq (U-21) – Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək:

18 noyabr

Cəbəllütariq (U-21) – Azərbaycan (U-21)

“Europa Point Stadium”. Saat 22:00

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

(Hakimlər briqadası Rumıniyadandır)

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir