“Azərbaycan millisinə müsbət mənada təəccüblənmişdik”

Fransa millisinin futbolçusu İbrahima Konate DÇ-2026-nın seçmə mərhələsində sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi media nümayəndələri ilə görüşdə bunları deyib:

– Sabah kapitan olsanız, komanda yoldaşlarınıza nə deyəcəksiniz?
– Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.

– Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?
– Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək.

– Parisdəki oyunda çətinlik çəkmişdiz…
– Bəli, Parisdəki görüşdə Azərbaycan millisinə müsbət mənada təəccüblənmişdik. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

– Azərbaycan millisinin heyətində əksər oyunçular “Qarabağ”ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında “Liverpul”un rəqibidir. “Qarabağ”ın belə uğurlu çıxışı sizi təccübləndirib?
– Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir