
Niderland millisinin baş məşqçisi Ronald Kuman 2026-cı il dünya çempionatının seçmə mərhələsində Polşa yığmasıyla baş tutacaq səfər oyunundan danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komanda olaraq hazırda yaxşı vəziyyətdə olduqlarını söyləyib:
“Meydana qələbə axtararaq çıxırıq. Qarşıdakı oyuna da eyni münasibəti göstərəcəyik. Hazırda yaxşı vəziyyətdəyik və başladığımız işi bitirmək istəyirik. Bu, yəqin ki, qrupdakı ən çətin matç olacaq”.
Qarşılaşma bu gün keçiriləcək.
