Avrama şans vermədilər

“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın formasını geyindiyi Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində İtaliyaya uduzub.

Futbolpress.az xəbər verir ki, görüş “azzuri”nin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Avram görüşdə iştirak etməyib. O, ehtiyat oyunçular skamyasında əyləşib. Avram bundan öncə seçmə mərhələdə keçirdiyi 7 oyunda 26 qol buraxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir