Millidən gözləntilər – nələrə diqqət etməli?

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində bu gün İslandiyanı qəbul edəcək.

Komandalar arasında tsiklda baş tutan ilk görüş rəqibin böyük hesablı qələbəsiylə başa çatıb – 5:0.

Fernandu Santuşun rəhbərliyi dönəmində ilk hissədə bir qol buraxan komanda fasilədən sonra 4 qola üzülmüşdü. Buraxılan qoldan sonra toparlana bilməyən yığma həm də son illərin ən böyükhesablı məğlubiyyətlərindən birini yaşamışdı. Məğlubiyyətdə əsas günahkar hesab edilən, düzgün heyət və taktika seçimi edə bilməyən Fernandu Santuşla yollar ayrılmışdı.

Mütəxəssisdən sonra təyinat alan Ayxan Abbasovun komandasında isə oyun baxımından artım hiss olunur. Komanda daha əzmkar mübarizə aparır, təslim olmur. Xal qazanmaq arsuzu aşkar hiss edilir. Ukrayna ilə oyunda da yaxşı futbol sərgiləyən millidən İslandiya ilə matçda daha artığı – xal və ya xallar qazanılması gözlənilir.

İslandiya millisi son beş matçda yalnız Azərbaycana qalib gəlib. Buna baxmayaraq, ötən ay Fransa səfərində bir xalla qazanan islandlar mundial şanslarını davam etdirir. Bu baxımdan nəticə onlar üçün daha önəmli olacaq. Azərbaycanla matça üç xal gözündə baxan İslandiya yığması bu gün daha çox risk edəcək və bu, milli üçün əlavə şansların yaranmasına səbəb ola bilər.

İslandiyada əsas təhlükəli adlar Hakon Arnar Haraldsson (“Lill”, Fransa), Yon Daqur Torsteinsson (“Herta”, Almaniya), Albert Qudmundssondu (“Fiorentina”, İtaliya). Rəqib əsas standart vəziyyətlərdə və hücuma sürətli keçidlərlə fərqlənməyi bacarır. İlk oyunda da 1-2 ötürmə ilə şans yaradan və fərqlənən islandların qarşısını almaq üçün müdafiədə əlavə diqqətli olmaq lazım gələcək.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir