“Sabah”ın futbolçusu: “Bu qol mənim üçün vacib idi”

“Sabah” Premyer Liqanın XI turunda “Kəpəz”i məğlub edib – 3:1.

Futbolpress.az xəbər verir ki, görüşdə qol vuran “bayquşlar”ın müdafiəçisi İqor Noqeyra matçdan sonra fikirlərini bölüşüb. O, vurduğu qolu ailəsinə həsr etdiyini bildirib:

“İlk öncə Allaha təşəkkür etmək istəyirəm. Çünki mənimçün vacib an idi. Uzun müddət kənarda idim. Bu anı yenidən yaşamaq xoşdur. Bu qol mənim üçün vacib idi. Bu gün həyat yoldaşımla danışdım və dedim ki, sən və körpəm üçün qol vuracağam. Qolu onlara həsr edirəm. Çox xoşbəxtik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir