İliç: “Bunu aramızda müzakirə edəcəyik”

Azərbaycan Premyer Liqasının XI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalisltərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizələr var idi. Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq.

– Penaltini niyə məhz Aleksandr Ramalinqoma həvalə edirsiz?
– Aleksandr hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik.

– İlk hissədə sanki hakimin qərarlarından narazı idiz. İdarəçiliyi necə dəyərləndirirsiniz?
– Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. “Qəbələ” 5 xal toplamasına baxmayaraq yaxşı komandadır. Narahatlığım buna görə idi.

– İlk dövrə başa çatdı. Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?
– Çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Özümüzə gəlincə, biz yalnız növbəti oyuna fokuslanırıq.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir